“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında çərşənbə axşamı baş tutacaq videobağlantı vasitəsilə danışıqlarda digər məsələlərlə yanaşı, iki ölkənin diplomatik departamentlərinin işi də müzakirə ediləcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Rusiya hökumətinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, bu günə qədər baş verənlər kifayət qədər böhranlı görünür:
“Odur ki, Cenevre razılaşmalarına yenidən baxılması lazım gələcək. Münasibətlərdəki geriləmənin necə, harada kompensasiya edilməli olduğu müəyyənləşdirilməlidir”.