İsraildə Telman İsmayılovun evlərinə həbs qoyuldu


İsraildə azərbaycanlı biznesmen Telman İsmayılovun ailəsinin iki evinə həbs qoyulub.
Yeniavaz.com
“Kommersant”a istinadla xəbər verir ki,  "BM-Bank" Telman İsmayılovun borclarının bir hissəsinin ödənilməsi üçün məhkəməyə müraciət edib. Məhkəmənin qərarına əsasən, 534 və 621 kvradmetr sahəsi olan 3 milyon dollar dəyərində hər iki evə həbs qoyulub. 
Verilən məlumata görə, Telman İsmayılovun özü Monteneqroda olduğuna görə, bütün rəsmi proseslərin icrası bir qədər vaxt tələb edib. Sənədlər İsrail və Monteneqro arasında gedib-gələrkən Telman İsmayılov daşınmaz əmlakı oğlu Ələkbər İsmayılova verib. İndi proses İsmayılovun oğlu ilə davam etdiriləcək. 
Xatırladaq ki, T.İsmayılov Monteneqrodan siyasi sığınacaq alıb. Rusiya Baş Prokurorluğu Monteneqronun Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinə iş adamına sığınacaq verilməsi qərarının ləğvi üçün müraciət göndərib.

DİGƏR XƏBƏRLƏR

Top