"Tərtər işi"ndə həbs edilənlərin yaxınları PA qarşısına toplaşıblar


“Tərtər işi” ilə bağlı həbs edilənlərin yaxınları Prezident Administrasiyasının qarşısına toplaşıb.
Yeniavaz.com
xəbər verir ki, toplaşanlar müxtəlif tələblər ilə çıxış ediblər.
Toplaşanların arasından bir şəxs vətəndaşların müraciət ərizələrini yığıb Prezident Administrasiyasına təqdim edəcəyini bildirib
Onlar bildiriblər ki, aksiya keçirmək niyyətində deyillər. Məqsədləri Prezidentin onları qəbul etməsi, öz istəklərini dövlət başçısına çatdırmaqdır.
Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.
Həmin tarixdən etibarən mətbuatda “Tərtər işi” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə və zorakılıq iddiaları səsləndirilir.
Hərbi Prokuror Xanlar Vəliyev də bu ilin oktyabr ayında mətbuata açıqlamasında istintaq prosesi zamanı işgəncələrin verilməsini təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top