AMEA-nın professoru koronavirusdan vəfat edib.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə Akademiyanın Dilçilik İnstitutundan bildirilib.
Bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutu Toponimika sektorunun müdiri, Milli Məclisin Tomonimika Komissiyasının üzvü, tanınmış alim, professor Qara Məşədiyev bu gün COVID-19 infeksiyasından dünyasını dəyişib.