“Müğənnilərə pul yığılması üçün bankda hesab açılmalıdır” – VİDEO


Əməkdar artist Cavanşir Məmmədovun sənət adamları üçün bank hesabının açılmasına dair fikirləri sosial şəbəkələrdə tənqid edilib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə “Tarixin bir günü” verilişində danışıb. Cavanşir Məmmədov bildirib ki, insanlardan müğənnilərə yardım etmək üçün pul yığmaq lazımdır:
“Bankda hesab açılmalıdır. Tutalım ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir və xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, imkanı nəyə çatırsa, həmin hesaba köçürsün. Hesabda 1 il ərzində 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər”.

DİGƏR XƏBƏRLƏR

Top