“Eyni helikopterdə zabitlərin, hətta DSX generallarının olması adi vəziyyətdir”


Xəbər verdiyimiz kimi, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, nəticədə əksəriyyəti yüksək rütbəli olmaqla 14 hərbi qulluqçumuz şəhid olub, 2-si isə yaralanıb. DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu qədər yüksək rütbəli hərbçinin eyni anda helikopterdə hansı səbəblə olduğuna aydınlıq gətirib. 
Yeniavaz.com
xəbər verir ki, Elçin İbrahimov bu barədə haqqın.az-a danışıb:
“Noyabrın 30-unda Qaraheybətdəki poliqonda döyüş təlim-məşq uçuşları planlaşdırılmışdı, bu isə təkcə uçuş vasitəsinin ekipajını yox, həm də uçuşların rəhbərlərinin, təlimatçıların, uçuşların təminatı ilə bağlı mütəxəssislərin iştirakını nəzərdə tutur. Qəzaya uğramış helikopter təlim uçuşlarına cəlb olunmuş şəxsi heyəti Səngəçaldakı aviabazadan Qaraheybət poliqonuna aparırdı.  Bu cür uçuşlar mütəmadi olaraq həyata keçirilir və eyni helikopterdə 16 və daha çox zabitin, hətta DSX generallarının olması adi vəziyyətdir, xüsusən də bu tipli helikopterlər ekipaj üzvlərindən əlavə 24 nəfər üçün nəzərdə tutulub”.

DİGƏR XƏBƏRLƏR

Top