Danimarkanın Baş naziri maska taxmadığına görə üzr istədi


Danimarkanın baş naziri Mette Frederiksen Kopenhagendə alış-veriş edərkən mağazada maska ​​taxmadığına görə üzr istəyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş nazir rəsmi feysbuk hesabında paylaşım edib:
“Kopenhagendə bir mağazada olarkən maska taxmağı unutdum. Yeni qaydalar tətbiq olunandan sonra bunu etməyi unutdum. Və həmin hadisəni bir vətəndaş lentə aldığı üçün xəbər oldu. Bilirəm ki, bu tək mənim yox, hər birimizin başına gələ bilər. Buna görə də təbii ki, üzr istəyirəm və virusun yayılmasının qarşısını almaq üçün gördüyümüz hər şeyə görə hamıya bir daha təşəkkür edirəm”.
 

DİGƏR XƏBƏRLƏR

Top