Vilayət Eyvazovdan yeni TƏYİNAT


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Paşayev Yusif Mayıl oğlu Mingəçevir şəhəri Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib.

O, bundan əvvəl Qazax şəhəri Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top