
Bakı şəhərində qadını küçəyə atıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, qadını ayda bir neçə dəfə küçəyə atırlar:
“Bildirilib ki, qadının əlilliyi var. Hazırda o, Nərimanov rayonu, Hidayətzadə küçəsi 51 ünvanındadır. Neçə gecədir orda gecələyir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyindən məsələnin araşdırıldığı bildirilib.
Tətbiqimizi yükləyə bilərsiniz