Rusiyada ilk dəfə "Omikron" ştamı aşkarlanıb


Rusiyada koronavirusun "Omikron" ştamına ilk iki yoluxma halı aşkarlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın Hüquqların Müdafiəsinə Nəzarət Federal Xidməti məlumat yayıb.
Bildirilib ki, Cənubi Afrikadan gələn PCR testi müsbət olan iki xəstədə "Omikron" ştamı təsdiqlənib.
Qeyd edək ki, koronavirusun "Omikron" ştamı barədə ilk dəfə 24 noyabr 2021-ci ildə Cənubi Afrikadan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verilib. 26 noyabr 2021-ci ildə ÜST onu narahatlıq variantı kimi təyin edib və yunan əlifbasının on beşinci hərfi olan omikron ilə adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top