UNEC-də Əziz Səncərin adına laboratoriya açılıb - FOTOLAR


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər adına Qida təhlükəsizliyi laboratoriyasının açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, BP-nin dəstəyi ilə UNEC-in 3 saylı tədris binasında yaradılan laboratoriyanın açılışında Nobel mükafatçısı, professor Əziz Səncər, UNEC-in rektoru professor Ədalət Muradov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər. Müasir texnologiyalarla və avadanlıqlarla təchiz olunan laboratoriya ilə tanışlıq zamanı Əziz Səncərə bildirilib ki, laboratoriya “Qida məhsullarının texnologiyası” kafedrasının nəzdində fəaliyyət göstərir. Laboratoriyada elmi-praktiki araşdırmalar, tədqiqatlar və ekspertizalar aparılacaq, qida məhsullarının müvafiq standartlara, tələblərə uyğunluğunun qiymətləndirilməsi, eləcə də qida məhsullarının keyfiyyət göstəriciləri üzrə laboratoriya analizi həyata keçiriləcək. Həmçinin qida sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, normativ-hüquqi aktlar, metodiki materiallar işlənib hazırlanacaq, qida məhsullarının texnologiyası sahəsindəki islahatların elmi və praktiki əsaslandırılması aparılacaq.



DİGƏR XƏBƏRLƏR

Top