Rusiya və Hindistan arasında hərbi saziş imzalanıb


Rusiya və Hindistan 2030-cu ilə qədər hərbi-texniki əməkdaşlığın inkişafı haqqında saziş imzalayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, sənəd Rusiya və Hindistanın müdafiə nazirləri, ordu generalı Sergey Şoyqu və Racnath Sinqin iştirakı ilə imzalanıb. 
Rusiya hərbi idarəsinin məlumatına görə, saziş silahlı qüvvələrin bölmələri arasında əməkdaşlığı, həmçinin silah və hərbi texnikanın təchizatı, inkişafı məsələlərini əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top