Vətən müharibəsi qazisi olan müəllim dünyasını dəyişib


Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onu tanıyan şəxslər məlumat yayıblar. 
Bildirilib ki, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib. Sonralar bir müddət Rusiyada yaşayıb. Bu yaxınlarda Azərbaycana dönüb və könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.
Onun 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top