Belarus Ukraynaya nota verdi


Belarus Təhlükəsizlik Nazirliyi Ukrayna səfirliyinin hərbi attaşesinin bazar günü Müdafiə Nazirliyinə çağırıldığını və ölkəsinə nota verildiyini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, notanın verilməsinə səbəb dekabrın 4-ü Ukraynaya məxsus “Mi-8” tipli hərbi helikopterin Belarusun hava məkanını pozması olub. Belarus tərəfi iddia edir ki, helikopter Novaya Rudnia adlı ərazinin yaxınlığında Belarusun hava məkanını 1 kilometrə qədər pozub.
Ukrayna Dövlət Sərhəd Xidməti isə ukraynalı pilotların Belarusun hava məkanını keçməsi ilə bağlı məlumatı təkzib edib.

DİGƏR XƏBƏRLƏR

Top