Nazir özünə yeni müşavir təyin etdi - FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. 
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, bu barədə nazir Muxtar Babayev əmr imzalayıb. 
Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib. 
O, nazirin müşaviri təyin olunub.

ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumatı təsdiqləyib:
“Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.
Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.

DİGƏR XƏBƏRLƏR

Top