Paşinyanın qızı ermənilərin hədəfində: "Atan 5 min insan öldürüb" – VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Məryəm Paşinyan erməni diasporunun nümayəndələrinin qəzəbinə tuş gəlib.
Yeniavaz.com
xəbər verir ki, diaspor nümayəndələrindən biri kafedə əyləşən Məryəm Paşinyana yaxınlaşaraq atasının siyasətinə etirazını bildirib.
Etirazını lentə alan şəxs Nikol Paşinyanı “İuda”, M.Paşinyanı isə "İudanın qızı" adlandırıb:
“Sənin atan 5 min insan öldürüb”.
Hadisənin hansı şəhərdə baş verdiyi haqda məlumat verilməyib.
Qeyd edək ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda peyğəmbərə satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top