Azərbaycan Türkiyədən hücum gəmisi ala bilər


Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Hürkuş” təlim təyyarəsi ilə maraqlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Qeyd olunub ki, bunu Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir deyib.
O, bildirib ki, hazırda rəhbərlik etdiyi qurum “TCG Anadolu” amfibiya hücum gəmisinin qarşıdan gələn il ərzində istifadəyə verilməsinə çalışır.
“Gəmiyə silahlı və silahsız PUA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir. Layihəyə Azərbaycandan maraq var. Tezliklə bununla bağlı məsələləri müzakirə edəcəyik”, - deyə İsmayıl Dəmir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top