Kürdəmirdə sahibsiz itlər yerli sakinin qulağını qoparıb


Kürdəmir sakini sahibsiz itlərin hücumuna məruz qalıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə QarasaqqaI kəndində qeydə alınıb.
Yerli sakin, 49 yaşlı Məmmədov Qurban Əhəd oğlu kənddə gəzərkən sahibsiz itlər ona hücum edib. Heyvanlar Q.Məmmədovun sağ qulağını dişləyərək qoparıb.
Zərərçələn ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər ona quduzluq əleyhinə zərdab vurublar.
Xəstəxanadan verilən məlumata görə, cari ildə Kürdəmirdə 300 nəfərdən çox sakin sahibsiz itlərin hücumuna məruz qalıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top