Ticarət mərkəzində piano ifası ilə məşhurlaşan mühafizəçi danışdı - VİDEO


Bakıda yerləşən ticarət mərkəzlərinin birində piano ifa edərkən kadrları çəkilib sosial şəbəkələrdə yayılan və beləcə məşhurlaşan mühafizəçi ARB-də yayımlanan “Həmin Zaur” verilişinin qonağı olub.
Yeniavaz.com xəbər verir ki, bu zaman bəlli olub ki, sözügedən mühafizəçi 20 yaşlı Amin Bağırovdur. Ailədə iki uşaq olduqlarını bildirən Amin, hərbi xidməti başa vurduqdan 11 gün sonra atasını xərçəngdən itirdiyini deyib.
O ARB-nin efirində Yevgeni Qrinkonun “Valse” bəstəsini ifa edib.
həmin kadrları təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top