Gəncədə məktəbli qəza törətdi, həm özü, həm də 13 yaşlı qız öldü - YENİLƏNİB


Gəncədə qəza nəticəsində ölənlərin və xəsarət alanların adı bəlli olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur.
Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardı:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu
2004-cü il təvəllüdlü Bayramov İlkin
2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu

***14:50
Gəncə şəhərində ağır avtomobil qəzası qeydə alınıb.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri piyadadır. Qeyd edilir ki, avtomobil öncə 8-ci sinif şagirdi olan Nazilə adlı piyadanı (soyadı dəqiqləşdirilir-red) vurub, sonra idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində piyada və avtomobildə olan bir nəfər hadisə yerində dünyasını dəyişib.
Qəza zamanı daha bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.



***14:32
Gəncədə ölümlə nəticələn yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb və daha 2 nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top