Xocavənddə zərərsizləşdirilən erməninin meyiti təhvil verildi


Azərbaycan dekabrın 3-də Xocavənd rayonunda Azərbaycan əsgərinə hücum edən Seyran Sarkisyanın meyitini Ermənistan tərəfinə təhvil verib.

Yeniavaz.com "sputnik armenia"ya istinadla xəbər verir ki, meyit ötən gün Qırmızı Bazar qəsəbəsi yaxınlığında qarşı tərəfə verilib.
Xatırladaq ki, Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

DİGƏR XƏBƏRLƏR

Top