ABŞ Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən birinə qarşı əməliyyat keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News”a ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bill Urban məlumat verib.
Zərbə İdlib yaxınlığında pilotsuz təyyarə ilə endirilib. Urbanın sözlərinə görə, mülki əhali arasında itkilərin olması mümkündür. Əməliyyatın nəticələrinin araşdırılmasına başlanılıb.