Ərdoğanın vasitəçiliyi ilə Putin və Zelenskinin görüşü baş tuta bilər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında dialoq təşkil edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu fikri Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var, biz bu iki ölkə arasında heç bir münaqişəni bəyənmirik və dəstəkləmirik və gərginliyi azaltmaq üçün qarşımıza qoyulan vəzifəni yerinə yetirməyə çalışırıq”, - deyə o bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top