Putinlə Bayden bu tarixdə video formatda görüşəcəklər – “Reuters”


ABŞ prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin dekabrın 7-də video formatda danışıq aparacaqlar. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin sözçüsünə istinadən məlumat yayıb. Qeyd olunur ki, Bayden Putinlə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcək. Xüsusilə, Amerika lideri Rusiya Federasiyasının Ukrayna ilə sərhədlər yaxınlığında hərbi fəaliyyətindən, həmçinin Vaşinqtonun Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməsindən narahatlığını bəyan etməyi planlaşdırır. 
 

DİGƏR XƏBƏRLƏR

Top