
Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. 
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.
Hərəkətdə olan “Changan” markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Eşqin Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                