Evdən çıxmanın qadağan edildiyi bu ölkədə minlərlə insan küçələrə axışdı


Avstriyanın paytaxtı Vyanada bir neçə min insan məhdudlaşdırıcı tədbirlərə və koronavirusa qarşı məcburi peyvəndlərə qarşı dinc nümayişlərə çıxıb. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, ümumilikdə Vyanada 20-yə yaxın nümayiş elan edilib. Əsas yığıncaq şəhərin mərkəzində Heldenplatz yaxınlığında toplanıb. Etirazçılar bütün nəqliyyatı iflic edib və axşama qədər Ringstrasse ilə aşağıya doğru yürüş etmək niyyətindədirlər. 
Qeyd edək ki, Avstriyada pandemiyanın dördüncü dalğası ilə əlaqədar və COVID-19-a yoluxma hallarının rekord həddə çatması fonunda səhiyyə sistemində çökmənin qarşısını almaq üçün noyabr ayından etibarən bütün sakinlər üçün ümummilli karantin və evdən çıxma məhdudiyyətləri tətbiq edilib.

 

DİGƏR XƏBƏRLƏR

Top