Britaniya İranla artan ticarətin ilk əlamətlərini görür

Böyük Britaniya İranla ticarət üçün imkanları genişləndirmək niyyətindədir. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın beynəlxalq ticarət naziri Liam Foks deyib. Onun sözlərinə görə, Britaniya şirkətləri, yavaş, lakin artan nikbinliklə İranla biznesi bərpa etməyə başlayırlar: “Biz Böyük Britaniya və İran arasında artan ticarətin ilk əlamətlərini görürük”. Nazir əlavə edib ki, Britaniya dekabrda İrana dağ mədəni sektorunun nümayəndə heyətini göndərəcək. Qeyd edək ki, yanvarda bank sektorunda İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılmasına baxmyaraq, ABŞ-ın sanksiyaları qüvvədə qalır və bir çox xarici təşkilatlar potensial cərimələrdə ehtiyat edirlər.

DİGƏR XƏBƏRLƏR

Top