Bu şəhər 2023-cü ilin Dünya Türizm Paytaxtı seçildi


İspaniyanın paytaxtı Madriddə keçirilən Dünya Turizm Təşkilatının 24-cü İclasında Özbəkistanın tarixi şəhəri Səmərqənd 2023-cü ilin Dünya Turizm Paytaxtı seçilib.
Yeniavaz.com “Anadolu”ya istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Turizm və İdman Nazirliyi xəbər yayıb. Nazirlik bildirib ki, Səmərqənd 2023-cü ildə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının 25-ci Toplantısına ev sahibliyi edəcək.
Qeyd edək ki, Özbəkistan ilk dəfə BMT nəzdində bir qurumun toplantısına ev sahibliyi edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top