Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ağır cinayətlər törətdiklərinə görə İnterpol xətti ilə Türkiyə tərəfindən axtarışda olan 5 nəfəri Batumidə saxlayıb.
Yeniavaz.com xəbər verir ki, saxlanılanlar Türkiyə tərəfindən cinsi zorakılıq, qanunsuz həbs, soyğunçuluqla məşğul olmaqda ittiham olunurlar.
Daxili İşlər Nazirliyindən əlavə ediblər ki, təqsirləndirilən şəxslərin ekstradisiyası üçün zəruri prosedurlar həyata keçirilir.