ABŞ Demokratiya Sammitinə hazırlıq çərçivəsində xarici rəsmilərə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
Yeniavaz.com “Ria Novosti”yə istinadla xəbər verir ki, sözügedən sanksiyalar insan haqlarının pozulması və korrupsiya iddiası ilə Maqnitski Aktına tabe olanlar da daxil olmaqla bir çox dövlət məmurlarına təsir edəcək.
Qeyd edək ki, Demokratiya Sammiti dekabrın 9-dan 10-dək baş tutacaq və 110 ölkə iştirak edəcək. Rusiya və Çin isə qonaqlar siyahısına daxil edilməyib.