Türkiyənin həm milli, həm də beynəlxalq səviyyədə bütün rəsmi fəaliyyət və yazışmalarında “Türkiye” ifadəsi istifadə ediləcək.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı “Resmi Gazete”də yayımlanıb:
“İxrac edilən məhsullarımızda “Made in Turkey” yerinə “Made in Türkiye” ibarəsi istifadə edilməyə başlanaraq ölkəmizin beynəlxalq ticarətdə qüruru olan məhsullarımız “Türkiye” ibarəsi ilə tanıdılıb və təqdim edilib. Bundan sonra da hər sahədə dövlətimizin və millətimizin minlərlə illik sərvətinin “Türkiye” markası altında təmsili hədəflənib”.