Erməni general müharibə ilə bağlı sənədlərin necə saxtalaşdırılmasından danışıb



1-ci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında iştirak edən, 2-ci Qarabağ müharibəsi zamanı isə Xankəndidəki separatçı rejimin “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan Ermənistan KİV-nə müharibə ilə bağlı sənədlərin saxtalaşdırılması barədə məlumat verib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.

Babayanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri müharibə dövründə verilən əmrləri redaktə etməyə, saxtalaşdırmağa, yəni hakimiyyətin izlərini məhv etməyə çalışır.

Babayan həmçinin iddia edir ki, o, orduda belə bir prosesin kimin əmri ilə başladığını bilmir, amma bu, göz qabağındadır: hakimiyyətin və şəxsən Nikol Paşinyanın xəbəri və təşəbbüsü olmadan, Vaqarşak Arutyunyan, Arşak Karapetyan, Artak Davtyan, keçmiş və indiki  Müdafiə Ordusunun komandirləri və Suren Papikyan belə bir addım atmazdılar.

DİGƏR XƏBƏRLƏR

Top