Binəqədidə yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib


Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının onüçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb.

Yeniavaz.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top