Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai “Taliban” liderləri ilə görüşdüyünü və onları qardaşları kimi gördüyünü açıqlayıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Kərzai ölkənin yeni hökmdarları ilə məhsuldar görüşlər keçirdiyini və ölkənin üzləşdiyi problemləri müzakirə etdiyini bildirib. O həmçinin qeyd edib ki, “Taliban” üzvləri və bütün əfqan xalqı həm də onun ailəsidir.
Bundan əlavə, Kərzai Əfqanıstanda qızların təhsil almağı ilə bağlı məsələlərə də toxunub. O bildirib ki, bu məsələ ilə bağlı Talibanla danışıqlar aparıb və qızların təhsil müəssisələrinə qayıtması ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Həmid Kərzai 2004-2014-cü illərdə Əfqanıstanın prezidenti olub.