Dekabrın 4-də cari ilin sonuncu Günəş tutulması olacaq və bu tutulma tam Günəş tutulması olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası xəbər yayıb. Verilən məlumata görə,
Günəş tutulması hadisəsi saat 09:29:16-da başlayacaq və saat 13:37:26-da sona çatacaq. Ümumilikdə 4 saat 8 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 11:34:38-də olacaq.
Tam tutulma Antarktidada müşahidə olunacaq. Avstraliyanın, Afrikanın və Cənubi Amerikanın cənubunda, Sakit, Atlantik, Hind okeanlarında isə qismən tutulma müşahidə ediləcək.
Qeyd edək ki, Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq.