Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs tutuldu


Kobuletidə Bolnisi rayonunun Curtavi (Kolayır) kənd sakini Yaşa İsmayılovu bıçaqlayaraq qətlə yetirən şəxs saxlanılıb.

Yeniavaz.com 24News.ge-yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına əsasən, saxlanılan cinayətkar əvvəllər də məhkum olunmuş 1999-cu il təvəllüdlü şəxsdir.

İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs Kobuleti şəhərində mübahisə zəminində tanışı 1990-cı il təvəllüdlü Yaşa İsmayılovu döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb.

Məlumata əsasən, yaralı xəstəxanaya aparıldıqdan az sonra dünyasını dəyişib.

Faktla bağlı qəsdən adam öldürməni nəzərdə tutan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq başladılıb.

Qətli törədən şəxsi 7 ildən 15 ilə qədər həbs cəzası gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top