Pandemiyaya görə, bu günə qədər səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi AÇIQLANDI


İndiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində səhiyyə sisteminə yönəldilən vəsaitin həcmi açıqlanıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisdə 2022-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulundan sonra çıxışında bildirib.

Ə.Əsədov deyib ki, indiyədək COVID-19 infeksiyası ilə mübarizə çərçivəsində təkcə səhiyyə sisteminə 1,6 mlrd. manatdan çox vəsait yönəldilib.

Qeyd edək ki, pandemiya ilə mübarizədə əhalinin vaksinasiyası üçün bugünədək 433 mln. manat vəsait ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top