DTX-nın bu avtomobilləri 9 min manata satışa çıxarılır


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2022-ci ilin yanvar ayının 11-də keçiriləcək hərracda ayrı-ayrı dövlət qurumlarına məxsus olan 31 ədəd nəqliyyat vasitəsi satılacaq. 
Yeniavaz.com
Xidmətdən açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 4-ü Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) məxsusdur.
Bu avtomobillərin arasında ən ucuz qiymətə satışa çıxarılan 2005-ci il istehsalı olan "Peugeot 607" markalı avtomobildir. "Peugeot 607" markalı avtomobil cəmi 4 500 manata satışa çıxarılıb. Ən bahalısı isə 9 000 manata satışa çıxarılan 2009-cu il istehsalı olan 2 ədəd "Land Rover Frelander” markalı avtomobillər olacaq.
Bunlardan başqa DTX-nin satışa çıxardığı avtomobillər arasında 2011-ci il istehsalı olan "Fiat Doblo" markalı avtomobil də var və bu avtomobilin qiyməti 8 000 manat təşkil edir. 
Məlumat üçün qeyd edək ki, DTX-yə məxsus olan bu avtomobillərin hərrac qiymətilə bazar qiymətləri arasında fərq var. Müqayisə üçün bildirək ki, 9 000 manata satışa çıxarılan 2009-cu il istehsalı olan “Land Rover Frelander”  markalı avtomobili bazarda 15 000 mantdan ucuz almaq mümkün deyil.

DİGƏR XƏBƏRLƏR

Top