“Azərbaycan vasitəsilə İran və Rusiyaya çıxış əldə edəcəyik” - Nazir müavini


“Hazırda marşrutlar və sərhədi keçmə prosedurları müzakirə olunur. Söhbət yalnız kommunikasiyanın açılmasından gedir. Başqa heç nə müzakirə olunmur və Ermənistan tərəfindən müzakirə oluna da bilməz”.
Yeniavaz.com
erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan ərazi idarəsi nazirinin müavini Armen Simonyan jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan vasitəsilə qonşu ölkələrə nəqliyyat bərpa ediləcək:
“Beləliklə, Ermənistan Naxçıvan vasitəsilə İrana, Azərbaycan vasitəsilə isə Rusiyaya dəmir yolu xətti əldə edəcək”.

DİGƏR XƏBƏRLƏR

Top