Ərdoğanın baş müşaviri koronavirusdan dünyasını dəyişdi


Türkiyənin sabiq turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşavirlərindən biri Güldal Akşit 61 yaşında koronavirusdan vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, Akşitin ölüm xəbəri ilə bağlı daxili işlər naziri Süleyman Soylu “Twitter”da paylaşım edib:
“Nazirimiz, Qadın Qolları Mərkəz İdarəsi başçısı, yol yoldaşımız, iş yoldaşımız Güldal Akşit bacımızın Allahın rəhmətinə qovuşduğunu öyrəndik. Güldal bacımıza Allahdan rəhmət, ailəsinə və yaxınlarına başsağlığı diləyirəm”.
Qeyd edək ki, Prezident Ərdoğanın müşavirlərindən biri olan Akşit eyni zamanda Türkiyə parlamentində Qadın Kişi Gender Bərabərliyi Komissiyasının sədri vəzifəsini də icra edib.

DİGƏR XƏBƏRLƏR

Top