Bu gün ATƏT-in 28-ci Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tuta bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, bu gün konfransın sonuncu günüdür.
Qeyd edək ki, Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü barədə bir qədər əvvəl Aİ Xarici İşlər Nazirliyinin nümayəndəsi Luk Divin də məlumat verib.