Baydenlə Putinin görüş tarixi açıqlanıb


ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında onlayn görüş dekabrın 7-də keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kommersant” xəbər yayıb. Verilən məlumata görə, Rusiya və ABŞ prezidentləri arasında Avropa və Ukraynadakı vəziyyət və həmçinin əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə danışıqların aparılacağı gözlənilir. 
Bir müddət əvvəl isə bildirilmişdi ki, dövlət başçılarının iki sammiti keçiriləcək. Onlardan biri 2021-ci ilin sonunda onlayn formatda, digəri isə 2022-ci ildə üz-üzə baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top