Türkiyə Ermənistanla sərhəddə antiterror əməliyyatı başladıb - FOTOLAR


Türkiyənin Daxili İşlər Nazirliyi şəhid kapitan Fərhad Çiftçiyə həsr olunmuş “Eren Kış-10 Çemçe" adlı antiterror əməliyyatı keçirir.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, sözügedən anti-terror əməliyyatı Ağrı, Ərzurum və Qarsda 790 şəxsi heyətin iştirakı ilə keçirilir. Həmin əməliyyatın məqsədi isə PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgəyə sığınan terrorçuları zərərsizləşdirməkdir. 
Qeyd edək ki, Ağrı, Ərzurum və Qars vilayətləri Türkiyənin Ermənistanla sərhədində yerləşir.

DİGƏR XƏBƏRLƏR

Top