Bakıda avtobusun ödəniş terminalını sındıran şəxs axtarılır - VİDEO


Bakıda marşrut avtobusunda ödəniş terminalını yumruqla vuraraq sındıran şəxs axtarılır.
Yeniavaz.com
xəbər verir ki, hadisə dekabrın 1-i saat 18:50 radələrində 49 saylı xətt avtobusunda baş verib. Sürücü nağd ödəniş etmək istəyən sərnişinə ödənişin kartla olduğunu bildirməsinə görə mübahisə baş verib. Daha sonra başqa bir sərnişin onun yerinə kartla ödəniş edib. Həmin şəxs düşərkən yenidən mübahisə edib və bu zaman ödəniş terminalına yumruqla vuraraq sındırıb. Nəticədə avtobus şirkətinə 13 400 manat ziyan dəyib.
Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edilib, araşdırılır.
Sözügedən şəxs hələ saxlanılmayıb.

DİGƏR XƏBƏRLƏR

Top