Bahalı avtomobil nömrələri ilə bağlı rüsumlar təsdiqləndi


Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Yeniavaz.com
xəbər veir ki, layihə avtomobil nömrələri ilə bağlıdır.
Təklif olunur ki, 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulsun.
Dəyişiklik layihəsi qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top