Putinin bu sözlərinə görə partiya sədri ilə Dadaşlinski arasında mübahisə düşdü - VİDEO


İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinski ilə  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında mübahisə düşüb.
Yeniavaz.com
xəbər verir ki, tərəflər arasında sözügedən mübahisə Azərbaycanda rus dilində təhsil alan şəxslər barədə olub.
ADP sədri Rusiya prezidenti Vladimir Putinin sitatına istinad edərək iddia edib ki, Azərbaycanda övladlarına rus dili təhsili verənlər ölkə suverenliyi üçün real təhlükə yaradırlar.  Dadaş Dadaşlinski isə Sərdar Cəlaloğluna məlumatları təhrif olunmuş formada təqdim etdiyini bildirib və nəticədə ikili arasında mübahisə yaranıb.
Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, bir müddət əvvəl Putin Azərbaycanda rus dilinə verilən diqqətə görə Azərbaycan Prezidentinə təşəkkür etmişdi. Mübahisənin mövzusu olan Putinə məxsus sitat isə belədir:
"Azərbaycanda məktəb şagirdlərinin 34 faizi rus dilində təhsil alır, ya da müəyyən dərəcədə rus dilini öyrənir. Bu yüksək göstərici Azərbaycan rəhbərliyi və xalqının bizimlə yaxın, çoxşaxəli təmaslar saxlamaq istəməsindən xəbər verir".

DİGƏR XƏBƏRLƏR

Top