Bu gün 114 nəfər azadlığa buraxılacaq


Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsində amnistiya aktı şamil edilmiş 9 nəfər azadlığa buraxılıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.
O deyib ki, yuxarıda adıçəkilən müəssisədən daha 10 nəfərin gün ərzində azadlığa buraxılması nəzərdə tutulub.
A. Sabitovanın sözlərinə görə, bu gün 5 müəssisədən 114 nəfər azadlığa buraxılacaq.
Qeyd edək ki, Penitensiar Xidmət üzrə noyabrın 5-dən dekabrın 1-dək 1787 məhkuma Amnistiya aktı tətbiq edilib.

DİGƏR XƏBƏRLƏR

Top