Elçin Quliyev yaralı sərhədçilərlə görüşüb


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.
Bu barədə Yeniavaz.com-a DSX-dən məlumat verilib.
General-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət etmiş, səh­hətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulamışdır.
Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunmuş, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilmişdir.

DİGƏR XƏBƏRLƏR

Top