Xəzərin suyu niyə azalır? - VİDEO + AÇIQLAMA


Sosial şəbəkələrdə Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini əks etdirən kadrlar yayılıb.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə Yeniavaz.com-a danışıb və bildirib ki, qapalı su hövzəsi olduğundan Xəzərin səviyyəsində periodik dəyişmələr mümkündür:
"Səviyyənin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir.
Beynəlxalq iqlim modellərinə görə Xəzər hövzəsində yağıntı rejiminin proqnozlaşdırılmasında kifayət qədər qeyri-müəyyənlik və uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən hazırda Xəzər dənizinin gələcək səviyyəsi ilə bağlı elmi əsası olan fikir söyləmək mümkün deyil.
R.Səttar-zadə qeyd edib ki, Xəzər dənizinin səviyyəsində hazırda müşahidə edilən enmə prosesi 1995-ci ildən müşahidə edilir".

DİGƏR XƏBƏRLƏR

Top