Merkel ona görə keçirilən mərasimdə mahnı sifariş verdi, ağladı - VİDEO


Almaniya kansleri Angela Merkelin vəzifəsini tərk etməsi münasibətilə təntənəli mərasim keçirilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, mərasim Bundesver Orkestrinin müşayiəti ilə Almaniya Müdafiə Nazirliyinin həyətində baş tutub. Merkel mərasimdə hərbi orkestrdən “Qırmızı güllər mənim üçün yağsın” mahnısını oxumalarını istəyib. Həmin mahnı səslənəndə isə Merkel göz yaşlarını saxlaya bilməyib.
Daha sonra Merkelin özü də mərasimdə çıxış edib. O bildirib ki, demokratiya fərqli və tənqidi baxışlar sayəsində inkişaf edir:
“Bizim demokratiyamız özünü tənqid etmək bacarığı ilə inkişaf edir. Gələcəkdə hər kəsi dünyaya hər zaman digərinin gözü ilə baxmağa, eləcə də digərinin bəzən narahatedici və ziddiyyətli perspektivlərini dərk etməyə, maraqlar tarazlığı üçün çalışmağa sövq etmək istəyirəm. Mən bir çox başqa xalqlarda olmayan siyasi debat mədəniyyətimizə görə minnətdaram. İnanıram ki, işimizi ürəyimizdə xoşbəxtliklə görsək, gələcəyimizi yaxşı formalaşdırmaqda davam edə bilərik. Bütün qəlbimlə hər kəsə və ölkəmizə xoşbəxtlik arzulayıram”.
Qeyd edək ki, Merkel 16 il Almaniyanın kansleri olub.

DİGƏR XƏBƏRLƏR

Top